Nuğay Əliyev adına Mentorluq və Təqaüd Proqramı
"Nuğay Əliyev adına Mentorluq və Təqaüd proqramı" internat və uşaq evlərindən məzun olmuş gənclərin ali təhsil/kollec xərclərinə dəstək göstərmək məqsədi güdür.
Bu gənclərin karyera yüksəlişlərində mentorluq göstərmək də bu proqramın əsas məqdlərindən biridir.
Bu uşaqların təhsil alması üçün dəstək olmaq üçün İANƏ EDİN!
Nuğay Əliyev kimdir?
Nuğay Əliyev ömrünü Azərbaycan təhsilinin və elminin inkişafına həsr etmiş təhsil fədaisi, elm xadimi və professordur. O, "Azərbaycan Respublikası Təhsil Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin ilk sədri və Azərbaycan Texniki Universitetinin elektrotexnikanın nəzəri əsasları kafedrasının dosenti olmuşdur. Nuğay Əliyev haqqında ətrafları bu keçiddən məlumat əldə edə bilərsiniz.

Seçim meyarları
Vətəndaşlıq
Azərbaycan vətəndaşı və ya azərbaycanlı olmaq;
Hədəf qrupu
Hər iki valideynini itirmiş internat və ya uşaq evlərindən məzun olacaq və ya olmuş gənclər;
Ehtiyac
Azərbaycanda hər hansı bir təhsil müəssisəsində - kollec, texniki-peşə, ali təhsil - tələbə olmaq; ali təhsil və ya orta ixtisas təhsili səviyyəsində xərclərin qarşılanması üçün ehtiyacın olması.