
Cumhuriyyətin təhsil nazirləri
06/03/2022İxtisaslaşmış universitetlər haqqında
Yeni Texnologiya İnsitutu açılacaq, çox sevindim bu xəbərə. Ancaq müşahidə etdiyim bir mənfi (fikrimcə) tendensiyanı qeyd edim.
Məsələ burasındadır ki, universitetlərimiz daha çox ixtisaslaşma əsasında təsis edilirlər İqtisad, Xarici Dillər, Diplomatiya, Texnologiya və s. Əgər tədris prosesimizi müasirləşdiririksə, o zaman təhsil sistemimizin özü də müasir təhsil fəlsəfəsinə cavab verməlidir. Müasir görüş isə budur ki, təhsil sistemi sinergetika fəlsəfəsini izləməlidir. Sinergetika bir çox elmlərin birgə işləyişini müdafiə edən görüşdür, yəni ixtisaslaşmaya tam tərsi olan bir görüşdür.
Sinergetika praktiki mənada o mənaya gəlir ki, (məsələn) İqtisadiyyat tədris edilən universitetdə həm Riyaziyyat həm Fizika həmdə digər elmlər də tədris edilməlidir. Fizika qanunları Riyazi üsullarla İqtisadiyyatda tətbiq edilməsi məsələləri, İnsanın iqtisadi qərarlarının neyro-psxioloji əsasları, insan beyninin fizika qanunları ilə izah edilməsi kimi məsələləri ixtisaslaşmış (antoqonist) təhsil sistemində öyrənmək çooooooox çətin olar. Bunun təmin edilməsi üçün isə elmlər ayrı-ayrı deyil də birgə fəaliyyətini sürdürə biləcək təhsil olacağına ehtiyacı var. Sinergetika ilə onu demək istəmirəm ki, təlbəyə bütün elmlərdən təhsil verilməlidir, sinergetika universitetərin bir çox elmi birləşdirməsinə yardımçı olacaq və universitetlər yeni innovasiyalar kəşf edəcəklər. Digər bir praktiki tərəfi isə tələbə müxtəlif istiqamətlər üzrə (məsələn iqtisadiyyat və riyaziyyat ) yetəri dərs götürərək 2 vəya 3 ixtisas üzrə diplom ala bilər.
Qərb universitetlərinin elmi uğurlarının səbəbi məhz sinergetika fəlsəfəsinin tətbiq edilməsidir. Əlbəttə qərbdə də ixtisaslaşmış universitetlər var, ancaq ümumən təhsil və elm sinergetik bir proseslə irəliləyir. Bizdə isə sanki proses ixtisaslaşma yönündədir. Fikrimcə ixtisaslaşma ilkin inkişaf mərhələsində daha uyğun ola bilər, ancaq uzun müddətdə bu səmərəsiz nəticələrə gətirmə ehtimalı böyükdür. Bəs biz təhsilimizdə bu prolemi necə həll edə bilərik? Yəqin ki, ictimai müzakirə ilə..