Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib.Tədbir müəllimlərin peşə-metodik biliklərinin təkmilləşdirilməsinə dəstək məqsədi ilə təşkil olunub.Dekabrın 1-də “Xəzər” Universitetinin mərkəz kampusunda respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib. Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti ilə Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan seminarda millət vəkilləri, təhsil ictimaiyyətinin təmsilçiləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan müəllimlər iştirak edib.