“Təhsil” Cəmiyyəti Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikası Təhsil Nazirliyinin icazəsi, Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə 2016-cı ilin mart ayının 5-dən mayının 5-nı kimi “Peşə Rəhbəri” adlı layihə həyata keçirildi.
Layihə orta ümumtəhsil məktəblərinin IX-X-XI sinif şagirdlərinin istək və qabiliyyətlərinə uyğun peşəni seçməsi, ölkəmizin kadr ehtiyaclarına görə gənclərin yönləndirilməsinə dəstək məqsədilə təşkil olunmuşdu.