Missiyamız

Missiyamız

Məqsəd

Birliyin əsas məqsədi respublikada fasiləsiz təhsilin həyata keçirilməsinə, təlim-tərbiyənin daha da yüksəldilməsinə yardım göstərmək, eləcə də peşə hazırlığının inkişafına nail olmaqdan ibarətdir.

Vəzifələr

Fasiləsiz təhsil və təlim-tərbiyə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək və onlara kömək etmək; Əhalinin bilik və bacarıqlarının artırılmasına yardım göstərmək; Bu sahədə beynəlxalq təcrübəni öyrənmək

Təşkilati struktur

Məmmədov Fuad Ramiz oğlu

İdarə Heyətinin sədri


Əsas ixtisas təhsilini iqtisadiyyat sahəsi üzrə alıb. 10 ilə yaxın ölkənin müxtəlif universitetlərində pedoqoji və elmi tədqiqat fəaliyyəti var. Bir sıra beynəlxalq və yerli layihələrin rəhbəri və komanda üzvü olmuşdur. 2012-ci ildən Cəmiyyətin İdarə Heyətinin üzvüdür.

Ağalarov Murad Mirmahmud oğlu

Sədr müavini


Bakalavr təhsilini Azərbaycan Dillər Universiteti İngilis dilinin filologiyası ixtisası üzrə, magistr təhsilini Bakı Dövlət Universitetinin Pedaqogika kafedrası, Təhsildə Qiymətləndirmə və Monitorinq ixtisası üzrə başa vurmuşdur. 2008-ci ildən özəl təhsil sektorunda çalışır. 2009-cu ildən Akademi Group Xaricdə Təhsil və Konsultasiya Mərkəzinin həmtəsisçisi olmuş, həmin mərkəzdə direktor vəzifəsində çalışır. 2016-cı ildən İdarə Heyətinin üzvüdür.

Kazımzadə Elmina Mobil qızı

Elmi katib


1992-ci ildən Gender və tətbiqi psixologiya kafedrasının müəllimidir. 1998-ci ildən indiyədək müxtəlif beynəlxalq layihələrdə tədqiqatçı və əlagələndirici vəzifələrində calışır. Birləşmiş Millətlər Təşkilatının, Dünya bankının və digər milli və beynəlxalq təlim tədris müəssisələrində aparıcı ekspert statusunu qazanmışdır. Tənqidi təfəkkür və reflektiv pedaqogika mövzusunda Azərbaycan və beynəlxalq layihələrin təşəbbüskarı olubdur. 2008- ci ildən 2017 ilə qədər ictimai əsaslarla Dərsliklərin Qiymətləndirmə Şurasının sədri vəzifəsində fəaliyyət göstərib.

Şahməmmədov Taleh Engilis oğlu

İdarə heyətinin üzvü


2000-2011-ci illərdə Sumqayıt Dövlət Universditeti və Bakı Dövlət Universitetində sosail elmlər və fəlsəfə fənnindən tədris edib. BDU-nun Sosialogiya kafedrasının dissertantıdır. Uzun illər müxtəlif media orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ildən Cəmiyyətinin üzvü, 2016-cı isə ildən İdarə Heyətinin üzvüdür. Ölkə daxilində və xaricində təhsil və elmi istiqamətdə bir sıra seminar və elmi konfransların təşkilində iştirak edib.

Mütəllimov Rafiq Mirzağa oğlu

İdarə Heyətinin üzvü


Azərbaycan Dövlət Neft Akademiyasının “Energetika” fakültəsini bitirmib. Bakı Metropoliten QSC və ARDNŞ-də müxtəlif vəzifələrdə çalışmışdır. 2009-cu ildən ehtibarən özəl təhsil mərkəzində “Layihələr üzrə menecer” vəzifəsində çalışır. Bunlarla yanaşı 2019-cu ildən sosial baxımdan həssas quruplar, aztəminatlı ailələr, şəhid ailələri və qazilərlə bağlı tədbirlərin təşkilində yaxından iştirak edir.